...

Avtomobili qaçıran sərxoş şəxslər Samuxda qəza törətdilər

Hadisə Materials 24 Aprel 2014 19:00 (UTC +04:00)
Samux rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtomobili qaçıran sərxoş şəxslər Samuxda qəza törətdilər

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Samux rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə Samux-Kür yolunda baş verib. Gəncə şəhər sakinləri Daşdəmir Məmmədov və Rüstəm Məmmədov sərxoş vəziyyətdə sahibi hələ məlum olmayan "VAZ 2106" markalı avtomobili Gəncə şəhərindən qaçırıblar. Kür istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək avtomobili aşırıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdiriliblər. Hər iki xəstəyə tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti