...

Bakıda iki nəfər ehtiyatsızlıqdan yıxılaraq ölüb

Hadisə Materials 28 Aprel 2014 13:02 (UTC +04:00)
Nəsimi rayonu ərazisində isə Bakı şəhər sakini Rahib Cabbarov fəhlə işlədiyi yeni inşa edilən binanın dördüncü mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Bakıda iki nəfər ehtiyatsızlıqdan yıxılaraq ölüb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda iki nəfər ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin saytınba istinadən verdiyi məlumata görə, Nəsimi rayonu M.Qaşqay küçəsində Gürcüstan vətəndaşı Əsgər Daşdəmirov ehtiyatsızlıqdan yıxılmış və başı səkiyə dəyib. Xəstəxanaya yerləşdirilmiş Ə.Daşdəmirov orada ölüb.

Nəsimi rayonu ərazisində isə Bakı şəhər sakini Rahib Cabbarov fəhlə işlədiyi yeni inşa edilən binanın dördüncü mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti