...

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Hadisə Materials 30 Aprel 2014 11:35 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində, oğurluqda şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri Qurban Quliyevdən 1,220, İlkin Cahangirovdan isə 1,176 qram tiryək aşkar olunaraq götürülüb.
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində, oğurluqda şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri Qurban Quliyevdən 1,220, İlkin Cahangirovdan isə 1,176 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı onların bir neçə oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, onlar ötən il sentyabrın 28-də Ə.Əlizadə küçəsində Fəridə Rəcəbova məxsus "Chevrolet" markalı avtomaşından, içərisində 430 manat, qızıl-zinət əşyaları, səxsiyyət vəsiqəsi və kosmetik əşya olan əl çantasını oğurlayıblar.

Bundan başqa bu il yanvarın 16-da F.X.Xoyski prospektində Hikmət Abbasova məxsus "Mercedes", yanvarın 28-də Ə.Ağaoğlu küçəsində Abbas Əhmədova məxsus "VAZ-2107", fevralın 11-də H.Əliyev küçəsində Kəmalə Qurbanovaya məxsus "Nissan", fevralın 21-nə keçən gecə Azadlıq prospektində Heydər Cəfərova məxsus "Lexus", martın 1-də Ə.Ağaoğlu küçəsində Nərgiz Əliyevaya, martın 9-da Təbriz küçəsində Ellana Cəfərovaya məxsus "Hyundai" markalı avtomobillərdən pul, sənədlər və digər əşyalar qarət ediblər.

Yaxalanan şəxslərin aprel ayında da analoji cinayət hadisələri törətdikləri məlum olub. Onlar aprelin 8-də A.M.Cümə küçəsindən Züleyxa Babayevaya məxsus "Toyota", bir gün sonra Dəmirçizadə küçəsində Arzu Ağayevaya məxsus "Toyota-Corolla", aprelin 13-nə keçən gecə Ə.Ağaoğlu küçəsində Rövşən Həmidova məxsus "Land-Cruiser", İntiqam Muradova məxsus "Mercedes", aprelin 15-də Təbriz küçəsində Göyərçin Hüseynovaya məxsus "Kia" və aprelin 19-da Xətai prospektində Elşad Qasımova məxsus "Mercedes" avtomobillərdən də oğurluq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti