Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/
Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bəşir İsmayılov tutulub.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə eyni maddə ilə axtarışda olan Aqil Bünyatov tutulub.