Ukrayna xüsusi əməliyyatlar başlayandan 14 hərbçi ölüb, 66 nəfər yaralanıb

Hadisə Materials 7 May 2014 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ukraynada xüsusi əməliyyatlar başlayandan 14 hərbi qulluqçu həlak olub, 66 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "5-ci kanal" Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ölkənin şərqində, o cümlədən Donetsk və Luqansk vilayətlərində hazırda antiterror əməliyyatları aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti