Azərbaycan, Bakı, 8 may /Trend/
Bakıda iki avtomobil toqquşub, ölən var.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 8-də saat 01 radələrində paytaxtın Nizami rayonu Babək prospektində Bakı şəhər sakinləri Məhəbbət Orucovun idarə etdiyi "Mercedes" və Cahangir İsmayılovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillər toqquşub.
M.Orucov hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.