Azərbaycan, Bakı, 12 may /Trend/
Bakıda üç piyada eyni avtomobil tərəfindən vurulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-i saat 23:30 radələrində Səbail rayonu Səlyan yolu 32-də Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Sabir Hacıkərimov idarə etdiyi "Hyundai" markalı avtomobillə Neftçala rayon sakini 1979-cu il təvəllüdlü Xalid Cəbrayılovu, Səlyan rayon sakinləri 1978-ci il təvəllüdlü Zəfər Xəlilovu və 1979-cu il təvəllüdlü Misir Şirinovu vurub.
Nəticədə M.Şirinov xəstəxanaya aprılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov xəsarətlə KTM-ya yerləşdirilib.