Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Şəki rayonu ərazisindən odlu silah və vasitələri tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları tərəfindən Qoxmuq kəndinin ərazisindən "AKM" markalı avtomat silahı, 1 ədəd patron darağı və 754 ədəd müxtəlif çaplı patron tapılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.