...

Gəncədə iki daşkəsənlinin idarə etdiyi avtomobillər toqquşub, sürücülərdən biri ölüb

Hadisə Materials 4 İyun 2014 13:21 (UTC +04:00)
Gəncə şəhərinin ərazisində iki avtomobilin toqquşması sürücülərdən birinin ölümü ilə nəticələnib.
Gəncədə iki daşkəsənlinin idarə etdiyi avtomobillər toqquşub, sürücülərdən biri ölüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Gəncə şəhərinin ərazisində iki avtomobilin toqquşması sürücülərdən birinin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 4-də saat 02:00 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini Rizvan Dirəşxaninin idarə etdiyi "VAZ 21074" və Daşkəsən rayon sakini Ruslan Hüseynovun idarə etdiyi "VAZ 21063" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 21063"-ün sürücüsü R.Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti