...

Sumqayıtda 20 yaşlı gənc Samur-Dəvəçi kanalında batıb

Hadisə Materials 10 İyun 2014 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Samur-Dəvəçi kanalının Sumqayıtdan keçən hissəsində bir nəfər boğularaq ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1994-сü il təvəllüdlü Elvin Rəhman oğlu Əbdülrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 25 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. E.Əbdülrəhmanovun cəsədi batdığı yerdən təxminən 10 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti