...

İmişlidə Lənkəran sakinindən 4 kiloqrama yaxın marixuana götürülüb

Hadisə Materials 12 İyun 2014 15:41 (UTC +04:00)
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İmişlidə Lənkəran sakinindən 4 kiloqrama yaxın marixuana götürülüb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Lənkəran rayon sakinindən 4 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Vəfadar Quliyevdən 2 kiloqram 485 qram yaş halda, 1 kiloqram 440 qram qurudulmuş marixuana götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti