...

Moskvada azərbaycanlını öldürən 3 tələbə həbs edilib

Hadisə Materials 23 İyun 2014 16:30 (UTC +04:00)
“Reskurt” milliyyətçi hərəkatından olan 3 moskvalı tələbə Azərbaycandan gəlmiş Zaur Alışovu ölümcül döymək ittihamı üzrə həbs edilib.
Moskvada azərbaycanlını öldürən 3 tələbə həbs edilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

"Reskurt" milliyyətçi hərəkatından olan 3 moskvalı tələbə Azərbaycandan gəlmiş Zaur Alışovu ölümcül döymək ittihamı üzrə həbs edilib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunuRusiya İstintaq Komitəsinin Moskva üzrə nümayəndəsi Viktoriya Tsıplenkova deyib.

Onun sözlərinə görə, saxlanılanlar paytaxtın ali məktəblərində oxuyurlar və müvafiq olaraq 17, 20 və 23 yaşları var: "Tələbələrə qarşı ölümə səbəb olan sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə ittiham irəli sürülüb".

Məhkəmənin 21 iyun tarixli qərarına əsasən onlar həbs ediliblər.

İstintaqın məlumatına görə, həbs edilənlər iyunun 2-də Moskvada sonradan xəstəxanada ölən 37 yaşlı azərbaycanlıya bədən xəsarətləri yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti