...

Bakıda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb

Hadisə Materials 24 İyun 2014 00:07 (UTC +04:00)
Bakıda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb.
Bakıda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bakıda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri Xəzər rayonunda "Zil" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb və yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə "VAZ 2106" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1990-cı il təvəllüdlü Abbasov Seyidəli Mircəlal oğlunun cəsədini çıxararaq Hüquq Mühafizə orqanları əməkdaşlarına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti