...

İranda mədəndə partlayış olub, yaralananlar var

Hadisə Materials 9 İyul 2014 17:09 (UTC +04:00)
Bu gün səhər İranın Yəzd əyalətinin Ərdəkan şəhərində qranit mədənində partlayış baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb.
İranda mədəndə partlayış olub, yaralananlar var

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Təmkin Cəfərov/

Bu gün səhər İranın Yəzd əyalətinin Ərdəkan şəhərində qranit mədənində partlayış baş verib. Partlayış nəticəsində 5 nəfər yaralanıb.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata əsasən, partlayışın baş verməsinə səbəb fəhlələrdən birinin mədənin içində siqaret yandırması olub.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə səhər saatlarında baş versə də, məlumat indi yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti