Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/
Qusar sakini Bakıda ticarət mərkəzində oğurluq etməkdə şübhəli bilinir.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da paytaxtın Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində piştaxtanın üzərindən Bakı şəhər sakini Lalə Nəbiyevaya məxsus içərisində 200 manat və ev açarları olan pul kisəsi oğurlanıb.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Qusar rayon sakini 1973-cü il təvəllüdlü Səmayə Vəlibəyova tutulub.
Faktla bağlı araşdırma aparılır.