...

Gəncədə iki bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 14 İyul 2014 15:21 (UTC +04:00)
Dünən və bu gün Gəncədə iki bıçaqlanma hadisəsi qeydə alınıb.
Gəncədə iki bıçaqlanma hadisəsi baş verib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Dünən və bu gün Gəncədə iki bıçaqlanma hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə, ötən gün axşam saatlarında 62 yaşlı Tünzalə Əliyeva ağır bədən xəsarətləri ilə cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub və hazırda reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Digər bir bıçaqlanma hadisəsi isə şəhərin Sadıllı qəsəbəsi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini 17 yaşlı Sadik Verdiyev ağır bədən xəsarətləri ilə ətrafdakıların köməkliyi ilə Gəncə şəhər TTYX-nin cərrahiyə şöbəsinə gətirilib. Ağır vəziyyətdə olan 17 yaşlı gəncin həyatını həkimlər çətinliklə də olsa xilas edə bilib.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti