...

Bakıda külli miqdarda pul və zinət əşyaları oğurlamış şəxslər tutulub

Hadisə Materials 21 İyul 2014 11:42 (UTC +04:00)
Bakıda evdən külli miqdarda oğurluq etmiş şəxslər tutulub. Onlardan biri qadındır.
Bakıda külli miqdarda pul və zinət əşyaları oğurlamış şəxslər tutulub

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda evdən külli miqdarda oğurluq etmiş şəxslər tutulub. Onlardan biri qadındır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 17-də paytatxtın Qızıl Şərq küçəsində yaşayan Esmira Baxşəliyevanın evindən, qapını açmaqla 3000 manat, 1500 ABŞ dollar, 2000 avro pul və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1995-ci il təvəllüddən olanlar - Neftçala rayon sakini Mirzəağa Mustafayev və Bakı şəhər sakini Nisə Senalı tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti