...

Bakıda dələduzluğa görə axtarışda olan daha iki nəfər tutulub

Hadisə Materials 21 İyul 2014 11:52 (UTC +04:00)
Bakıda dələduzluğa görə axtarışda olan daha iki nəfər tutulub.
Bakıda dələduzluğa görə axtarışda olan daha iki nəfər tutulub

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda dələduzluğa görə axtarışda olan daha iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi (RPİ) 31-ci Polis Bölməsi (PB)əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1972-ci il təvəllüdlü Telman Həmzəyev tutulub.

Dələduzluğa görə axtarışda olan daha bir şəxs Xətai rayonu ərazisində tutulub. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1955-ci il təvəllüdlü Salman Vəliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti