Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
İsrailin Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1200-dən artıq fələstinli həlak olub, 7 mini yaralanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Döyüşlərin gedişində 20 məscid tamamilə dağıdılıb.
İsrail ordusu Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 45 hərbi qulluqçusunu itirib.