...

Qəzzada döyüşlər nəticəsində 1500-dən çox fələstinli həlak olub

Hadisə Materials 1 Avqust 2014 10:25 (UTC +04:00)
Qəzza sektorunda İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1500-dən artıq fələstinli həlak olub, 7 mini yaralanıb.
Qəzzada döyüşlər nəticəsində 1500-dən çox fələstinli həlak olub

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Qəzza sektorunda İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1500-dən artıq fələstinli həlak olub, 7 mini yaralanıb. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Hərbi əməliyyatlar zamanı 20 məscid və beşdən artıq xəstəxana tamamilə dağıdılıb.

Qəzza sektorundakı hərbi əməliyyatlar zamanı İsrail ordusu 131 hərbi qulluqçusunu itirib. Bu barədə Türkiyənin "Anadolu" agentliyi HƏMAS hərəkatının hərbi qanadına istinadən xəbər yayıb. Lakin İsrail hakimiyyəti bu məlumatı təsdiq etməyib.

Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib.

C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.

Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti