Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/
Goranboy sakini qayadan yıxılması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-i saat 19 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində faciə baş verib. Rayon sakini Taleh Əliyev kənd ərazisindəki qayadan yıxılıb və xəstəxanaya aparılarkən yolda ölüb.