...

Oğuz Milli Parkının dağlıq ərazisində yanğın davam edir

Hadisə Materials 4 Avqust 2014 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/

Oğuz Milli Parkının dağlıq ərazisində yanğının söndürülməsi işləri davam edir.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində yanğın var.

Ərazidəki 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçiləri və 10 nəfər kənd əhalisi iştirak edir.

Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əl vasitəsi ilə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti