Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda 64 yaşlı qadın yaşadığı mənzildə intihar edib.
Nərimanov rayon prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 15-i axşam 20:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1950-ci il təvəllüdlü Zoya Məhərrəmova yaşadığı mənzildə çilçıraqdan özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.