Azərbaycan, Bakı, 18 avqust /Trend/
Özünü çaya atan şəxslər xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şirvan şəhərində ("Əli Bayramlı" sularda xilasetmə məntəqəsindən 700 m sola, nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədi ilə özünü körpüdən çaya atıb.
Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunblar. Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.