...

İranda zəlzələ baş verib

Hadisə Materials 23 Avqust 2014 11:58 (UTC +04:00)
Bu gün İranın Girmanşah vilayətinin Srumar şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/

Bu gün İranın Girmanşah vilayətinin Srumar şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:36-da (GMT +4:30) qeydə alınıb.

Zəlzələnin episentri yerin 15 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu yaxınlarda Girmanşah daxil olmaqla İranın qərb ərazisində bir neçə dəfə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti