Azərbaycan, Bakı, 27 avqust /Trend/
Bakıda minik avtomobili yolayrıcı metal çəpər konstruksiyasına çırpılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpər konstruksiyasına çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər xəsarət alıb və bir nəfər hadisə yerində vəfat edərək avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.