Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda ikimərtəbəli ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bitişik tikilmiş qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.