...

Abşeronda yanacaqdoldurma məntəqəsindən oğurluq etmiş keçmiş məhkum tutulub

Hadisə Materials 8 Sentyabr 2014 13:24 (UTC +04:00)
“Petrolux” yanacaq doldurma məntəqəsindən oğurluq etmiş Bakı şəhər sakini tutulub.
Abşeronda yanacaqdoldurma məntəqəsindən oğurluq etmiş keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Petrolux" yanacaq doldurma məntəqəsindən oğurluq etmiş Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də "Petrolux" yanacaqdoldurma məntəqəsində, oranın müdiri Novruz Qərənizadənin otağından 2800 manat oğurlamış Bakı şəhər sakini Elba Əhmədov tutulub.

Qeyd edək ki, E.Əhmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti