...

Bakıda minik maşını ağacları yandırdı

Hadisə Materials 15 Sentyabr 2014 09:41 (UTC +04:00)
Bakıda avtomobilin ağaca çırpılması nəticəsində minik maşını və üç ağac yanıb.
Bakıda minik maşını ağacları yandırdı

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobilin ağaca çırpılması nəticəsində minik maşını və üç ağac yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə avtomobilin yanar hissələri və yaxınlıqda olan 3 ədəd ağac yanıb. Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti