...

Bakıda müalicə olunan məhkuma narkotik “dərman” gətirdilər

Hadisə Materials 22 Sentyabr 2014 13:25 (UTC +04:00)
Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Bakıda müalicə olunan məhkuma narkotik “dərman” gətirdilər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, Bilal Hacıyev Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti