...

Sabirabad sakinindən 300 kq-a yaxın narkotik vasitə və silah-sursat götürülüb

Hadisə Materials 23 Sentyabr 2014 13:21 (UTC +04:00)
Sabirabad rayon sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilərək götürülüb.
Sabirabad sakinindən 300 kq-a yaxın narkotik vasitə və silah-sursat götürülüb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sabirabad rayon sakinindən narkotik vasitələr və silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Rza Qubadovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 267 kiloqram olan 74 ədəd çətənə kolu, evindən isə 10 kiloqram 325 qram marixuana, 1 ədəd əldədüzəltmə tüfəng, 26 ədəd müxtəlif çaplı patron, 22 ədəd giliz və 250 qram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti