...

Bakıda vətəndaşların 80 min manatdan artıq pulunu mənimsəmiş dələduz qadın tutulub

Hadisə Materials 26 Sentyabr 2014 14:01 (UTC +04:00)
Bakı şəhər sakininin vətəndaşların pullarını mənimsəyərək onlara qarşı dələduzluq etməsi müəyyən edilib.
Bakıda vətəndaşların 80 min manatdan artıq pulunu mənimsəmiş dələduz qadın tutulub

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakininin vətəndaşların pullarını mənimsəyərək onlara qarşı dələduzluq etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhər sakini Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanıb müvafiq olaraq onlardan 15000, 5000, 22500, 15000, 20000 və 5000 manat alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti