Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/
"Kapital Bank"ın Salyan şəhərindəki şöbəsinin inkassator-sürücüsü xidməti tapançadan atəş açaraq özünü yaralayıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 13 radələrində Salyan şəhərində yerləşən "Kapital Bank"ın həyətində orada inkassator-sürücü işləyən Telman İsgəndərov xidməti tapançadan atəş açaraq özünü yaralayıb. Xəstəxanaya yerləşdirilmiş T.İsgəndərov orada ölüb.
Hadisə yerindən "TT" markalı tapança götürülüb.
Faktla bağlı araşdırma aparılır.