...

Lənkəranda evi tiryəkxanaya döndəriblər (FOTO)

Hadisə Materials 1 Noyabr 2014 13:44 (UTC +04:00)
Lənkəran şəhər rayon Polis Şöbəsinə rayonun Göyşaban kəndindəki evlərdən birində tiryəkxana saxlanması barədə məlumat daxil olub.
Lənkəranda evi tiryəkxanaya döndəriblər (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Lənkəran şəhər rayon Polis Şöbəsinə rayonun Göyşaban kəndindəki evlərdən birində tiryəkxana saxlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kəndin sakini, 44 yaşlı Səlim Ağayev yaşadığı evdə yaxalanıb. Əməliyyat zamanı, həmçinin onun evinə gəlmiş müştərilər - 27 yaşlı Hikmət Ağayev və 40 yaşlı Sevinc Dadaşova da saxlanılıblar. Evə baxış zamanı 700 qram herin, 600 qram tiryək, ümumi çəkisi 200 qramdan çox olan 12 kibrit qutusuna qablaşdırılmış marixuana, narkotik maddə hazırlamaq və inyeksiya yolu ilə qəbul etmək üçün lazım olan vasitələr, şprislər, psixatrop tərkibli dərman preparatları, 2 ədəd beşbarmaq, 1 ədəd elektron tərəzi, xeyli sayda mobil telefon, qızıl zinət əşyaları, 4 ədəd bıçaq, 4 ədəd xəncər və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

S.Ağayev ilkin ifadəsində bildirib ki, narkotik maddələrin kütləvi satışı ilə xeyli müddətdir məşğuldur. O, qeyd edib ki, narkotik maddələri İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirib.

Aaraşdırmalarla o da müəyyən edilib ki, S.Ağayevin evinə gələn müştərilər narkotik maddələri alaraq elə oradaca qəbul edirmiş. S.Ağayev, həmçinin saxlanılan digər şəxslər ifadələrində bildiriblər ki, polis əməkdaşlarının onları saxlayacağından qorxaraq bu işlə kənarda məşğul olmayıblar. Ələ keçməmək üçün narkotik tərkibli maddələr evdə bişirilib hazırlanıb, elə orada da inyeksiya yolu ilə qəbul edilib.

İstintaq zamanı daha sonra müəyyən edilib ki, S.Ağayev pulu olmayan müştərilərə narkotik maddələri girov almaq şərti ilə də verib. Belə ki, bəzi müştərilər mobil telefonlarını, şəxsiyyət vəsiqələrini, digər qiymətli əşyalarını və bəzən də evlərindən oğurlayaraq gətirdikləri bahalı malları S.Ağayevin evində girov qoyaraq narkotik maddə alıblar.

S.Ağayevin yaşadığı evə baxış zamanı narkobaronların kriminal aləmdə qəbul etdiyi xüsusi emblemlər də aşkarlanıb. S.Ağayev bildirib ki, bu emblemləri müştəriləri cəlb etmək üçün daim həyətdə göz önündə saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti