Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/
Lənkəran rayon sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Elxan Əbdülovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.