...

Bakıda intihar cəhdinin qarşısı alınıb

Hadisə Materials 29 Noyabr 2014 00:36 (UTC +04:00)
Bakıda intihar cəhdinin qarşısı alınıb.
Bakıda intihar cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bakıda intihar cəhdinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar və aidiyyəti qurumlar məlumatlandırılıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti