Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakinindən 22 mindən çox pirotexniki məmulat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimat Hüseynovdan 22 280 ədəd pirotexniki məmulat götürülüb.
Qeyd edək ki, pirotexniki məmulatlar istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığına mənfi təsir göstərən və tezalışan mal hesab edildiyindən onların mülki dövriyyəsi məhdudlaşdırılıb.