Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakının ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Səbail, Qaradağ və Sabunçu rayonları ərazilərindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik 14 400 ədəd partlayıcı oyuncaq aşkar edilərək götürülüb.