...

Moskvada ata və oğulu oğurlamış azərbaycanlılar saxlanılıblar

Hadisə Materials 26 Dekabr 2014 11:31 (UTC +04:00)
Xüsusi xidmət orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki həftə ata və oğlunu əsir saxlamış azərbaycanlılar tutulublar.
Moskvada ata və oğulu oğurlamış azərbaycanlılar saxlanılıblar

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Xüsusi xidmət orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki həftə ata və oğlunu əsir saxlamış azərbaycanlılar tutulublar. Onlar həmin şəxslərdən Moskvadakı mənzilin oğrulardan birinin adına keçirilməsini tələb ediblər. Trend xəbər verir ki, bu barədə İnterfaks hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Girovlar dekabrın 20-də azad edilsələr də, bu barədə KİV yalnız indi məlumat əldə edib.

Adam oğurluğu və zorakılıqla bağlı cinayət işi açılıb, saxlanılanlara ittiham irəli sürülb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 6-da polisə müraciət edən qadın xalası oğlu və onun atası ilə əlaqə saxlaya bilmədiyini deyib.

Məlum olub ki, dekabrın 4-də naməlum şəxslər özlərini kommunal xidmətin işçisi kimi təqdim edərək Sevastopol prospekti, 46 saylı evdə yerləşən mənzilə soxulublar. Cinayətkarlar ev sahibini döyərək onu Tula vilayətinə aparıblar və bir evdə saxlayıblar. Ertəsi gün azərbaycanlılar eyni üsulla kişinin oğlunu da oğurlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti