...

Bakıda yanmış mənzildən meyit tapılıb

Hadisə Materials 8 Yanvar 2015 14:27 (UTC +04:00)
Bakıda mənzildə yanmış zibillərin arasından meyit tapılıb.
Bakıda yanmış mənzildən meyit tapılıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda mənzildə yanmış zibillərin arasından meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın söndürüldükdən sonra otaqda 1 nəfərin yanmış cəsədi aşkar edilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti