Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda yeniyetmə qız bıçaq yarası ilə xəstəxanaya yerləşririlib.
Suraxanı rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 21-i axşam saat 20 radələrində 2000-ci il təvəllüdlü Musayeva Almaz Rövşən qızı kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi açılıb, araşdırma aparılır.