Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Bakıda intihar cəhdinin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınmışdır.