...

Onlar polisə silah-sursat verdilər

Hadisə Materials 27 Yanvar 2015 15:32 (UTC +04:00)
Daşkəsən və Ağdam sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.
Onlar polisə silah-sursat verdilər

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Daşkəsən və Ağdam sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daşkəsən rayonunun Quşçu kənd sakini Elxan Rüstəmov tapdığı 1 ədəd qumbaranı və 150 ədəd müxtəlif çaplı patronu, Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini Arzuman Qarazadə isə tapdığı 1 ədəd nömrəsiz "PSM" markalı tapançanı könüllü olaraq rayon Polis şöbələrinə təhvil veriblər.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti