...

Laçın sakini silahlı atasından polisə şikayət edib

Hadisə Materials 3 Fevral 2015 13:11 (UTC +04:00)
Laçın sakini tüfəngdən atəş açan atasından polisə şikayət edib.
Laçın sakini silahlı atasından polisə şikayət edib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/

Laçın sakini tüfəngdən atəş açan atasından polisə şikayət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov rayon Polis Şöbəsinə müraciət edərək fevralın 1-də həyətinə gəlmiş atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açmasını bildirib.

Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açmasını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti