Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/
Bu gün səhər saatlarında Bakıda çoxmərtəbəli binadan yıxılan qadın dövlət xəstəxanasına köçürülüb. Bu barədə Trend-ə xəsarət almış qadının ilkin olaraq yerləşdirildiyi "Modern Hospital"dan məlumat verilib.
Hospitaldan bildiriblər ki, Lalə Bayramova adlı qadın ağır vəziyyətdə hospitala daxil olub. Xəstənin bədəninin müxtəlif hissələrində, körpücük və onurğa sümüyündə sınıqlar olub. Lakin daha sonra xəstənin qohumları onu dövlət xəstəxanalarından birinə köçürüblər.
Qeyd edək ki, L.Bayramova bu gün səhər yaşadığı Bakı şəhəri, 8-ci km qəsəbəsində doqquzmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilinin eyvanından ehtiyatsızlıq ucbatından yıxılıb.
Trend Müsavat TV-yə istinadən hadisənin videokadrlarını təqdim edir. Kadrlara uşaqların, ürəyi xəstə olan insanların baxmaması tövsiyə olunur.