Azərbaycan, Bakı, 11 mart /Trend/
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğınla nəticələnən yol qəzası nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi bədən xəsarətləri almış sürücü Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.