...

Gəncədə mübahisə bıçaqlanmaya gətirib çıxardı

Hadisə Materials 15 Mart 2015 21:56 (UTC +04:00)
Gəncə şəhər Kəpəz rayonu ərazisində qanlı sonluqla nəticələnən mübahisə baş verib.
Gəncədə mübahisə bıçaqlanmaya gətirib çıxardı

Azərbaycan, Bakı, 15 mart /Trend/

Kəpəz TV (Region TV) məlumat verir ki, şəhər sakini 18 yaşlı Rüstəm Sadıqov həmyerlisi Şirxan Abdullayevlə mübahisəyə edib. Uzun sürən mübahisədən sonra tərəflər bir birlərinə biçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisədən sonra hər iki şəxs ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Sadıqovun vəziyyətini orta ağır, Abdullayevin səhhətini isə nisbətən ağır kimi qiymətləndirir.

Faktla Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti