Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/
Salyanda təxminən 2 il əvvəl ölümlə nəticələnən yol qəzası törətmiş sürücünün kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il mayın 17-də Salyan rayonu ərazisində Qızqayıt Gözəlovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin kimin tərəfindən törədilməsi müəyyən edilib.
Məlum olub ki, bu, "MAN" markalı avtomobilin sürücüsü, Astara rayon sakini Mehdi Kərimovdur.