Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/
Bakının Maştağa qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Vidadi Əlimanov özünə məxsus "Mercedes" markalı avtobusun qabaq şüşəsini silərkən avtobus hərəkətə gəlib.
Nəticədə V.Əlimanov avtobusla hasarın arasında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.