...

Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib

Hadisə Materials 9 Aprel 2015 22:55 (UTC +04:00)
Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib.
Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bu gün Gəncə şəhəri Neman Vəliyev küçəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Şəhər sakinləri 18 yaşlı Mürsəl və Rəsul Kəngərli qardaşları piyadalar üçün nəzərdə tutulan səki ilə gedərkən, sürətlə hərəkətdə olan "VAZ 21015" markalı avtomobil tərəfindən vurulublar.

Bundan sonra sürücü idarəetməni itirərək ağaca çırpılıb. Sürücü hadisə yerini tərk edərək qaçıb.

Polis əməkdaşları müəyyən edib ki, Mürsəl və Rəsul Kəngərliləri vuran sürücü Gədəbəy sakini 26 yaşlı Rövşən Mahmudovdur. O, saxlanılaraq həkim müayinəsindən keçirilib. Saxlanılan şəxsin sərxoş olma ehtimalı var.

Xəsərət alanlar həkim nəzarəti altındadır. Onların səhhətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti